logo-savalan

“SAVALAN” şərabları və “Michelin” ulduzları indi Bodrumda!

2022-ci ilin yay mövsümü üçün “BE Premium Bodrum” hoteli qonaqları üçün möhtəşəm bir kulinariya festivalı təşkil etdi. Qonaqlar dünya səviyyəli beş ulduzlu, yüksək mükafatlara layiq görülmüş baş aşpazların xüsusi seçilmiş şərabların müşayiətində hazırlanmış füsunkar təamlarına heyran qaldılar.

Kulinariyanın ulduz “guru”su iki həftə ərzində tədbirə rəhbərlik edib, sonra da estafeti növbəti ustaya ötürdü.

İyulun 1-dən iyulun 15-dək “SAVALAN-ASPI Winery” zavodunun şərablarının müşayiəti ilə iki “Michelin” ulduzunun sahibi, baş aşpaz Pako Ronseronun yeməkləri təqdim olundu.
Biz fəxr edirik ki, Pako Ronsero hazırladığı təamları üçün Azərbaycan şərabını, “SAVALAN”-ı seçdi. Onların arasında “Viognier” ağ turş, “Chardonnay” ağ turş, “Moscato” ağ kəmturş və “Petit Verdot 2016” qırmızı turş şərabları var idi.

Pako Ronsero – avanqard ispan mətbəxinin aparıcı nümayəndələrindən biridir, vətənindən çox-çox uzaqlarda da tanınır və onun İbizadakı “Sublimotion Paco Roncero” 2022-ci il iyunun 1-də açılmış restoranı dünyanın ən bahalı restoranı hesab olunur.

Pako Ronseronun kulinariya sənəti “Prix au Chef de L’Avenir 2005” və “National Gastronomy Award 2006” kimi nüfuzlu mükafatlara layiq görülüb. Onun Madriddəki “Paco Roncero” restoranı iki “Michelin” ulduzu və üç “Repsol” günəşi alıb.

Tədbir bütün gələn qonaqlar üçün açıq keçirildi və şam yeməyində iştirak edənlər ləzzətli təamlardan və yüksək keyfiyyətli Azərbaycan şərablarından unudulmaz zövq aldılar.

“SAVALAN” şərabları və “Michelin” ulduzları indi Bodrumda!

Tarix:
15/07/2022

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.