Martın 10-da Savalan Dequstasiya Mərkəzində Fuad Axundovun inqilabdan əvvəl Bakının mədəni və ziyalı həyatında sənət uğrunda hər şeyi gözə alan cəsur qadınların rolundan bəhs edən ”İlk 7 Qadın” adlı maraqlı mühazirəsi keçirilib. Hər bir xanımın obrazına uyğun 1 şərab seçilib. Şərab görünüşü, ətri və dadı və əlbəttə ki, gözəllik və cazibədarlıq kimi xüsusiyyətlərlə 7 personajın hər birinə individual şəkildə seçilmişdir.