logo-savalan

Şərab, Dostluq və Ailə: SAVALAN-ın Hekayəsi

Fuad Seyidali

Əziz dostlar və dəyərli şərab mədəniyyəti sevənlər!

Azərbaycanda enoqastronomik ənənələrə göstərdiyiniz marağa görə sizə təşəkkür edirik və şərab istehsalı dünyasına birgə səyahət etmək üçün yeni bir informasiya platforması yaratdığımızı sizə bildirməkdən məmnunluq duyuruq.

Platformamızı gözəl, emosional bir xəbərlə açmaq istərdik. Məlumdur ki, şirkətimizin tarixində İtaliyadan olan dəyərli dostlarımız və əməkdaşlarımız – Daniele D’Andrea və Eliza Vanyoninin birliyi mühüm rol oynayır. Bu yaxınlarda belə möhtəşəm ailənin yeni üzvü – Lorenzo dünyaya gəlib!

Azərbaycan mentalitetində olduğu kimi, İtaliya ənənələrində də möhkəm ailə münasibətləri yüksək qiymətləndirilir. Bu, bizi qəlbimizə yaxın olan insanlar – Daniele və Eliza ilə bir araya gətirən əsas amildir.

Biz tanışlığımızın kiçik bir hekayəsini sizinlə bölüşmək istərdik.

Hər şey beynəlxalq şərab istehsalı üzrə məşhur ekspert Eudjenio Sartori ilə tanışlığımızla başladı. O, “SAVALAN-ASPI Winery” şirkətinin və brendinin yaradılmasında əvəzsiz töhfəsini verib. Onun sayəsində İtaliyadan yüksək ixtisaslı enoloqlar cəlb etmək mümkün oldu və tam hüquqlu bir şərab istehsalı təsis edildi. Beləliklə, Daniele D’Andrea ilə, sonradan isə Eliza Vanyoniylə tanış olmaq şərəfinə nail olduq.

Cütlük əvvəllər tanış olsa da, ürəklərini Qəbələdə, məhz bizimlə birləşdirdilər.  Biz bu cütlüyün həyatlarında onların nikahı, qızı Qayanın doğulması, indi isə oğlu Lorenzonun dünyaya gəlməsi kimi mühüm hadisələrin şahidi olduq. Biz tanışlığımızın yalnız məhsuldar bir əməkdaşlığa deyil, həm də möhkəm bir dostluğa çevrilməsindən çox məmnunuq. Bu səbəbdən bu hadisə bizi də çox sevindirir.

Lorenzonun doğulması ilə bu ailədə yeni bir fəsil başlayır. Artıq hər günün ayrı mənası və gözəlliyi olacaq. Qoy, onun yolu parlaq anlarla dolu olsun və hər bir uğuru ailəyə xoşbəxtlik və hüzur gətirsin.

Bizim bloqumuzdan ümumi danışsaq, əminik ki, burada Azərbaycanda şərab istehsalının incəliklərini öyrənəcək və maraqlı faktlarla tanış olacaqsınız.

İndi isə əlinizdə bir badə sevdiyiniz şərabla rahat əyləşin – biz başlayırıq!

Ən xoş arzularla, Fuad Seyidəliyev və Arif Rəhimov

“SAVALAN-ASPI Winery”nin təsisçiləri

 

Şərab, Dostluq və Ailə: SAVALAN-ın Hekayəsi

Date:
27/09/2024

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.