logo-savalan

ART Zone – Rəngkarlıq Simpoziumu

Mədəniyyət və sosial yönümlü “ART Zone” Simpoziumu ilk dəfə 2019-cu ilin sentyabrında Qəbələdə start götürümüşdür. Layihənin başlıca məqsədi çağdaş Azərbaycanın məşhur rəssamlarını ölkənin müxtəlif bölgələrində gözəl bir məkana toplayaraq sərbəst mövzularda yeni əsərlərin ərsəyə gəlməsini təmin etmək və müasir Azərbaycan rəssamlıq məktəbinin əl işlərinin indiki nəsilə təbliğ etməkdir.  Layihədə iştirak edən  rəssamlar bir həftə ərzində ölkəmizin əsrarəngiz  bölgələrinə  dəvət olunur, ökəmizin füsunkar gözəlliyindən bəhrələnərək  yeni əsərlər  yaradırlar. Simpoziumlar keçirilən günlərdə rəssamlar bölgələrin tarixi abidələri, mədəniyyəti, folkloru, unikal coğrafiyası və ən əsası, bu yerlərin sadə insanları ilə tanış olurlar. Təbii ki, bu atmosferdə gözəl rəsm əsərləri yaratmamaq mümkün deyil! Ərsəyə gələn əsərlər Simpozium bitdikdən sonra bu və ya digər bölgənin Mədəniyyət Saraylarında sərgilənərək  seyrcilərin diqqətinə təqdim olunur.

“ART Zone” Simpoziumu keçirildiyi müddətdə tədbirinin daha da maraqlı olması məqsədi ilə həmin günlər ölkənin tanınmış sənətşünaslarının iştirakı ilə yaradıcılıq gecələri təşkil olunur. Bununla yanaşı istedadlı musiqiçilər rəssamlar və qonaqlar qarşısında konsert proqramı ilə çıxış edirlər ki, bu da Simpozium həftəsində əsl bayram əhval ruhiyyəsi yaradır.

Bunlarla bərabər, “ART Zone” Simpoziumu müddətində tədbirin keçirildiyi məkanda bölgənin  orta məktəblərində təhsil alan və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçirilir. Bu isə öz növbəsində sosial xarakter daşımaqla, eyni zamanda gənclərlə adlı-sanlı rəssamlar birbaşa ünsiyyət və tanışlığın yaranmasına səbəb olur, gələcəkdə onların uğur qazanmasında əhəmiyyətli rol oynayır.

Mədəniyyət aləmində özünə bəlli auditoriya toplamış bu incəsənət Layihəsi haqqında ölkənin aparıcı Media resursları – televiziya kanalları, radiostansiyalar, informayiya portalları,eləcə də incəsənət mövzusunda püxtələşmiş bloggerlər sosial şəbəkələrdə saysız hesabsız ətraflı məlumatlar paylaşır, məqalələr çap edir, televiziyalarda reportajlar nümayiş olunur.

2024-cü ildən başlayaraq “ART Zone” dünyanın aparıcı domen zonalarından biri olan “.ART” (dot ART – www.art.art ) domen zonası ilə əməkdaşlıq çərçivəsində kiçik rebrending edərək “.ART Zone” (dot ART Zone) adı altında fəaliyyətini uğurla davam etdirir.

İndiyədək Qəbələ, Qusar, Masallı, Tovuz, Quba, Xankəndi şəhərlərində keçirilən “ART Zone” Sipoziumu bu il özünün 10-cu Yubiley tədbirini keçirməyə hazırlaşır. 10-cu Simpozium yenə də Qəbələdə və artıq bir neçə il burada keçirilən Simpoziumların Rəsmi partnyoru olan “SAVALAN – ASPI Winery”-nin dəstəyi ilə ənənəvi qaydada avqust ayının son həftəsində baş tutacaqdır.

www.artzone.art

ART Zone – Rəngkarlıq Simpoziumu

Date:
14/07/2025

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.