logo-savalan

Amsterdamda yerləşən “Michelin” ulduzlu “Daalder” restoranının aşpazı Dennis Huvae komandası ilə birlikdə Qəbələdə yerləşən “SAVALAN – ASPI Winery” zavodunu ziyarət ediblər.

Amsterdamda yerləşən “Michelin” ulduzlu “Daalder” restoranının aşpazı Dennis Huvae komandası ilə birlikdə Qəbələdə yerləşən “SAVALAN – ASPI Winery” zavodunu ziyarət ediblər. “Daalder” restoranının komandası əvvəlcə üzüm bağlarını gəzib, daha sonra istehsal prosesi ilə tanış olub və şərablarımız, distillələrimiz haqqında məlumat alıblar. Həmçinin, qonaqlar şərabçılıq tarixi muzeyimizə baş çəkiblər. Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlar “SAVALAN – ASPI Winery”nin rəhbəri Arif Rəhimov və şirkətin əməkdaşları ilə birgə şam ediblər. “Daalder”in komandası burada Azərbaycan milli mətbəxinin yeməklərini dadıb, hətta milli şirniyyat — şəkərburanın hazırlanması üzrə master-klassa qatılıblar.

Sizi tədbirin ən gözəl anlarını əks etdirən videoya baxmağa dəvət edirik!

Amsterdamda yerləşən “Michelin” ulduzlu “Daalder” restoranının aşpazı Dennis Huvae komandası ilə birlikdə Qəbələdə yerləşən “SAVALAN – ASPI Winery” zavodunu ziyarət ediblər.

Tarix:
23/02/2024

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.