2024-cü ilin 18 dekabr tarixində “SAVALAN – ASPI Winery” zavodunun şərab çəlləyi “Dünyanın ən böyük taxta şərab çəlləyi” olaraq “Ginnesin Rekordlar Kitabı”na daxil oldu.
“SAVALAN – ASPI Winery” şirkəti turistlərin şərab zavoduna olan maragını nəzərə alaraq turizm infrastrukturunu inkişaf etdirmək məqsədilə Azərbaycanın şərabçılıq tarixini əks etdirən müasir texnologiyalara əsaslanan interaktiv şərab muzeyi kompleksinin yaradılması və orada qeyri-adi böyük ölçülü çəlləyin yerləşdirilməsi qərararına gəldi.
Məlum oldugu kimi, 2020-ci ilin 21 fevral tarixində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev İtaliyanın Roma səhərinə dövlət səfəri çərçivəsində Azərbaycan və İtaliya arasında biznes forumu keçirilmişdir. Azərbaycanın İqtisadiyyat Nazirliyinin iştirakı ilə keçirilən forumda “SAVALAN – ASPI Winery” və İtaliyanın “Garbellotto” şirkətləri arasında xüsusi olaraq hazırlanacaq və muzey kompleksində quraşdırılaraq yerləşdiriləcək palıd çəlləyin sifarişi müqaviləsi imzalanmışdır. Qeyd edək ki, “Garbellotto” şirkəti 1775-ci ildə yaradılıb və dünyada ən məşhur şərab çəlləklərinin və barrikaların istehsalçılarından biridir.
Unikal çəlləyin hazırlanması 5 ilə yaxın davam etmişdir. Əllidən çox yüksək ixtisaslı usta-bondarlar bu möhtəşəm mühəndislik layihəsinin dizaynına və istehsalına öz töhfəsini vermişdir. Ölçülərinə görə standart robot istehsal xəttlərindən istifadə etmək mümkün olmadıgından çəlləyin hissələri əllə hazırlanmışdır.
Beləliklə, çəllək 2024-cü ilin iyun ayında şərab zavodunun yeni muzey kompleksinin ərazisində quraşdırılaraq yerləşdirilmişdir.
Palıd çəlləyin unikal ölçülərini və xüsusiyyətlərini nəzərə alaraq “Garbelloto” şirkəti onun Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün müraciət olunması təklifini irəli sürdü.
Həm “SAVALAN – ASPI Winery”, həm də “Garbellotto” şirkətləri tərəfindən tələb olunan bütün məlumatlar və müvafiq sənədlər toplanaraq Ginness Təşkilat Komitəsinə təqdim edilmişdir.
Ginness Təşkilat Komitəsi ilə aparılan danışıqlar nəticəsində, çəlləyin rekord olaraq tanınması üçün Ginness Hakiminin Azərbaycana səfəri təşkil edilmişdir.
2024-cü ilin 18 dekabr tarixində dəvət olunmuş rəsmi hakim cənab Patel Pravin Djasmatbxayın şəxsi və Ginness Mərkəzi Ofisi hakimlərinin onlayn nəzarəti altında çəllək şərabla doldurulmuşdur.
Bütün zəruri prosedurlar tamamlandıqdan sonra “SAVALAN – ASPI Winery” və “Garbellotto” şirkətlərinə “Dünyanın ən böyük taxta şərab çəlləyi” sertifikatı təqdim edilmişdir. Çəlləyin həcmi 66.579 litr, uzunluğu 4.9 m, diametri isə 4.75 m-dir.
Şərabla dolmuş çəllək “SAVALAN – ASPI Winery” zavodunun muzey kompleksində yerləşir və hər bir muzey ziyarətçisi onu şəxsən görmək imkanı əldə edə bilər.
Bu nəşrdə istifadə olunan loqolar müəllif hüquqları ilə qorunur və onların qanuni sahiblərinə məxsusdur. Loqoların müəllif hüququ sahibinin əvvəlcədən icazəsi olmadan köçürülməsi, təkrar istehsalı və ya yayılması qadağandır və hüquqi məsuliyyətə səbəb ola bilər.
Guinness World Records™ qeydiyyatdan keçmiş ticarət nişanıdır.