logo-savalan

Savalan: Vadinin Ruhu

Bəzi məkanlara sanki tale tərəfindən şərabçılıq ocaqları olmaq nəsib edilmişdir və zənnimizcə bu, bir zaman SAVALAN-ASPİ Winery şirkəti tərəfindən aşkar edildiyi kimi, Savalan vadisinə də aiddir. Ələlxüsus, göründüyü kimi, bu sadə yer seçimi deyil, Azərbaycanın ürəyinin başında, əsrlər boyu şərabçılıq müdrikliyinin qorunub saxlandığı məkana aparan yol idi.

Üzümlüklərin miqrasiya xəritəsində cəmlənmiş tarixi şəhadətlərə görə, bu bitkinin ilk toxumları məhz Zaqafqaziyada aşkar edilmiş və artıq oradan cənuba, qərbə və şimala yayılmağa başlamışlar. Belə ki, bizim hekayətimizin mənbəyi minilliklərin dərinliyindən, Qəbələnin Qafqaz Albaniyasının paytaxtı olduğu dövrdən rəvac alır. Bu tarixi bizim üçün, bəşəriyyətin üzüm tənəyinə olan ən qədim məhəbbətinə şəhadət edən arxeoloji qazıntılar şərh edirlər. Antik qrafinlərin və şərab üçün olan qabların yanında üzüm toxumları… Bu tapıntılar bizə, dünyanın hələ gənc olduğu bir dövrdə çiçəklənmiş zərif şərabçılıq ustalığı ənənələri haqqında rəvayətləri pıçıldayırlar.

Strabon, Qafqaz Albaniyası haqqında yazarkən, bu üzümçülük cənnəti haqqında fikirlər qoyub getmişdir. Lakin onun diqqətini yalnız ticarət cəlb etməmişdir – tarixçi məhsuldar torpağı, çiçəklənən üzüm bağları və əla şərabları olan Alban torpaqları haqqında yazmışdır. Bu müşahidələr əsrlər keçəndən sonra müxtəlif müəlliflər və səyyahlar (N. Vavilov, italiyalı arxeoloq və paleontoloq Lorenso Konstantini və b.) tərəfindən təkrar və təsdiq edilmişlər. Bir sözlə, şəhadətlər heç bir şübhə doğurmur: Qəbələ – dünya üzümçülüyünün Cənubi Qafqazda yerləşən beşiyidir.

Lakin təkcə bir Tarix dünyaya əla növ şərablar verməyə nail ola bilməzdi – Ana Təbiətin müdaxiləsi də zəruri idi. Savalan vadisinin təkrarolunmaz yerləşmə məkanı şərabçının arzusu olan terruar meydana gətirmişdi. Qəblədə Azərbaycanın doqquz iqlim zolağından dördü yer almışdır, Savalan vadisinin özü isə dəniz səthindən 400 metr yüksəklikdə yerləşir. Bu cür iqlim rəngarəngliyi və yüksəklikdə yerləşmə, torpağın xüsusi tərkibi ilə birləşərək, üzüm tənəyinin çiçəklənməsi üçün şərait yaratmışdır.

Lakin əsl möcüzə, terruarın şərabda özünü necə bəyan etməsindədir. Hətta Savalan vadisində əkilmiş Avropa üzüm növləri belə, burada boy ataraq, təkrarolunmaz olanı – Savalan təkrarolunmazliğını əks etdirirlər. Onlar vadinin ruhunun özünü canlarına çəkir və, müəyyən mənada, Vadinin Ruhuna çevrilirlər. Onların xarakteri müasir mükəmməlliklə qovuşmuş minilliklərin ənənələri ilə formalaşmışdır.

SAVALAN-ASPI Winery-nin təsisçilərindən biri olan Arif Rəhimovun özünün əslən Qəbələdən olması çətin ki, təsadüfdür, axı onun yerli kökləri, çox güman ki, şirkətin mövqeyini – Savalan vadisində “mürgü vuran” üzümçülük ənənələrinin dirçəldilməsini – müəyyən etmişlər. Özünün “Keyfiyyət ənənə kimi, şərab incəsənət kimi” şüarına riayət edən SAVALAN-ASPI Winery təkcə müəssisə təsis etməmiş, həm də mirası oyatmışdır. Özü də prosesin gedişində şirkət, onun tərəfindən qəbul edilən hər bir qərarın eyni səviyyədə həm tarixi, həm də terruarı gözləməsinə nəzarət edir.

Elə həm şirkətin özünün, həm də onun şərablarının “Savalan” adını daşımaları da təsadüfi deyildir — bununla onların sadəcə haradansa deyil, məhz buradan olduğu vurğulanır.

Qədim əlyazmalar əcdadlarımızın iqlimə və təbii şəraitə necə ciddi-cəhdlə riayət etdiklərindən, üzüm növlərini necə seç diklərindən və məhsul yığımı üçün vaxtı necə dəqiqləşdirdiklərindən bəhs edirlər. Hazırkı SAVALAN-ASPI Winery-nin şərab ustaları (Daniele D‘Andrea, Eliza Vanyoni və onların həmkarları) qədim müdrikliyi müasir texnika ilə uzlaşdıraraq, onların arxasınca gedirlər.

Qəbələdə aşkar edilmiş bütün arxeoloji tapıntılar, üzüm salxımları rəsmləri olan ritual qablar, 2500 il tarixi olan daşda yarılmış şərab zirzəmiləri və 400 litrlik gil küplər vadinin çaylarının yatağı boyu əsrlərin dərinliklərinə gedib çıxan şərabçılıq irsinə şəhadət edirlər.

Deməli, məsələ iqlimdə deyil. Hətta ideal münbitlikdə də deyil. Çox güman ki, bu həmin Vadi Ruhunun özüdür. SAVALAN-ASPI Winery hər şeyin başlanğıc aldığı, tarixin, cöğrafiyanın və iqlimin nəsə qeyri-adi bir şey meydana gətirmək naminə qovuşduğu yerə yönəlmişdir.

Burada, bir zamanlar qədim şərab ustalarının addımladığı yerdə, üzüm tənəkləri hər şeyi xatırlayırlar. Hər bir məhsul – həm yaddaşa ehtiram, həm də onun davamıdır, hər bir vintaj isə hətta yüzilliklərin belə maneə ola bilməyəcəyi bir söhbətdir. Savalan vadisində hər bir şərab şüşəsi minilliklər boyu yazılmış və hələ də tamamlanmaqdan uzaq olan bir süjeti şərh edir…

Hörmətlə,

Fuad Seyidəliyev və Arif Rəhimov

“SAVALAN-ASPI Winery”nin təsisçiləri

Savalan: Vadinin Ruhu

Date:
23/02/2026

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.